LƏNKƏRAN 1 SAYLI MEDİASİYA TƏŞKİLATI
LƏNKƏRAN 1 SAYLI MEDİASİYA TƏŞKİLATI
Sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” (bundan sonra “Strateji Yol Xəritələri” adlandırılacaq) təsdiq edilmişdir. Strateji Yol Xəritələri kiçik və orta sahibkarlıq üçün alternativ mübahisələrin həlli mexanizmləri arasında mediasiyanın vacibliyini fərqləndirir və 3 əsas hədəf müəyyən etmişdir:
29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılmış, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir.
Mediasiya Şurasının ilk üzvü olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası 3 mart 2020-ci il tarixində ilk mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilmişdir. 20 oktyabr 2020-ci il tarixində ilk dəfə Mediasiya Şurasına müraciət etmiş 17 namizədin mediator qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi barədə qərar verilmişdir. Hal-hazırda mediatorların ilkin hazırlığı üzrə təlimləri keçib, sertifikat əldə etmiş üzvlərin Şuraya üzvlüyə qəbulu davam etməkdədir.
Lənkəran 1 saylı Mediasiya Təşkilatı 2022-ci ilin may ayının 01-dən fəaliyyətə başlamış, xidməti və əmək müqaviləsi əsasında fəaliyyət göstərən mediatorlarla mediasiya proseslərinin təşkilni həyata keçirməkdədir.
Mediator-Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru, müstəqil hüquqşunas.
Mediator-Hüquqşunas
Lənkəran şəhərində fəaliyyət göstərir
Mediator-Hüquqşunas
Lənkəran şəhərində fəaliyyət göstərir
Mediator - Vəkil
Cəlilabad rayonunda fəaliyyət göstərir
Mediator - Hüquqşunas
Biləsuvar rayonunda fəaliyyət göstərir
Mediator
Astara rayonunda fəaliyyət göstərir
İstənilən mülki işlər könüllü olaraq mediasiyada baxıla bilər.
Ailə münasibətləri üzrfə tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sesiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya prosesində özləri, nümayəndələri və ya vəkilləri vasitəsi ilə iştirak edə bilərlər. Ailə mübahisələri üzrə aşağıdakı tələblər mediasiyada baxılır:

Əmək mübahisələri üzrə tərəflər məhkəmədən əvvəl ilkin mediasiya sesiyasında iştirak edirlər. Aşağıdakı tələblər mediasiyada baxılır:
İşə götürən tərəfindən işçinin əmək münasibətləri üzrə hüquqlarının pozulması.
Mülki mübahisələr üzrə vətəndaşlar könüllü olaraq mübahisələrini həll edilməsindən ötrü Mediasiya Təşkilatına müraciət edə bilirlər. Bu zaman tərəflər özləri mediator seçə bilir, mediasiya prosesinin günü və vaxtını təyin edə bilirlər.
Aşağıdakı tələblər mediasiyada qarşılıqlı razılaşmayla baxıla bilər:

Mediasiya müraciət etmiş tərəf, edəcəyi mübahisə barəsində qarşı tərəfə mediasiya təklifi göndərir, həmin təklif qarşı tərəfə çatdıqdan 10 gün sonra mediasiya müraciət edən tərəf “ilkin mediasiya sesiyası üçün” ərizə formasını dolduraraq mediasiya təşkilatına müraciət edir. Həmin vaxt, mediasiya müraciət edən tərəf, təklifin qarşı tərəfə göndərilməsi barədə poct qəbzini, təklifin surətini, təklifin qarşı tərəfə çatması ilə bağlı sənədi və ilkin mediasiya sesiyası üçü ərizə formasını imazlı şəkildə Mediasiya təşkilatına təqdim etməlidir.
Vətəndaşlar mübahisə etdikləri tələblər üzrə qarşılıqlı olaraq mediatır seçə, mediasiya prosesinin tarixini, yerini və vaxtını müəyyən edə bilərlər. Yəni tərəflərin arzusu ilə özləri mediasiya prosesini başlata bilərlər. Lakin məcburi mediasiya prosesinin başladılması zamanı mediator mediasiya prosesinin günü, vaxtı və yeri brədə tərəflərə bildiriş göndərməklə təyin edir.
Mediasiya prosesi məxfi aparılır və yalnız məxfilik tərəflərin qarşılıqlı razılaşması ilə mediator tərəfindən proses iştirakçılarına açıla bilər. Eyni zamanda mediasiya zamanı tərəflərin təqdim etdikləri hər hansı bir sübut və izahatlar məhkəmədə sübut kimi istifadə edilə bilməz. Bu halda tərəflər arxayın şəkildə mediasiya prosesini apara bilər və istədikləri vaxt dayandıra bilərlər.
Tərəflər tez bir zamanda aralarında olan mübahisəni həll edir, uzun-uzadı məhkəmə proseslərindən keçməyə ehtiyac qalmır, eyni zamanda hüquq baxımından bağlanmış saziş gələçəkdə məhkəmə qətnaməsi alınması üçün də rahat bir yol açır. Tərəflər artıq vaxt itkisindən uzaq olur, əlavə xərc çəkmir, verdikləri qərarlara uyğun saziş əldə edirlər.
Tərəflər mediasiya zamanı mübahisələrini həll etdikdən sonra artıq həmin mübahisə ilə bağlı məhkəməyə müraciət etmirlər, tərəflər barışıq sazişində götürdükləri öhdəliklərini yerinə yetirməklə artıq mübahisələrini həll etmiş olurlar.
Məhkəmədən fərqli olaraq Mediasiyada tələbləri üzrə barışıq sazişi bağlamış tərəflər yenidən həmin tələblərini ayrı qaydada təkrar müəyyən etmək üçün mediasiyaya müraciət edə bilərlər. Lakin mövcud qanunvericilik eyni tərəflər arasında eyni tələbin təkrar məhkəmə mübahisəsi olmasını qadağan etmişdir.
Mübahisə tərəfləri mediasiyanın nəticəsində mübahisə predmeti barəsində barışıq sazişi bağlayırlar. Tərəflər götürdükləri öhdəılikləri sazişdə ayrı müddət nəzərdə tutulmadığı halda 10 gün müddətinə icra etmiş olurlar. Lakin tərəflər sazişdə mübahisəni müəyyən müddətə də həll edəcəkləri barədə vaxt müəyyən edə bilərlər. Bu zaman sazişin icrası tərəflərin müəyyən etdiyi vaxtla məhdudlaşır. Öhdəlik götürmüş tərəf sazişi icra etməkdən yayınmış olsa, yaxud qismən icra etməklə digər tərəfin narazılığına səbəb olsa, hüququ pozulmuş tərəf qeyd edilən sazişi xüsusi icraat qaydasında məhkəməyə müracət edərək barışıq sazişini məhkəmədə təsdiqlədir və sazişdə nəzərdə tutulmuş öhdəliklər artıq məcburi icrasına başlanılır. Mövcud Qanunvericilikə əsasən isə məhkəmə barışıq sazişini 10 gün müddətində təsdiq edir.
Mübahisə tərəfləri mediasiya zamanı vəkilin xidmətindən, mütəxəsis, tərcüməci və ya ekspertdən istifadə edə bilərlər, bunla belə tərəflər edəçəkləri mübahisəni özləri qarşılıqlı həll etdikləri halda aralarında barışıq sazişi bağlanılır və həmin barışıq sazişi tərəflərin öhdəliklərini müəyyən edir. Tərəflər tez bir zamanda aralarında olan mübahisəni həll edir, uzun-uzadı məhkəmə proseslərindən keçməyə ehtiyac qalmır, eyni zamanda hüquq baxımından bağlanmış saziş gələçəkdə məhkəmə qətnaməsi alınması üçün də rahat bir yol açır. Tərəflər artıq vaxt itkisindən uzaq olur, əlavə xərc çəkmir, verdikləri qərarlara uyğun saziş əldə edirlər.

Bizi iş günlərində ziyarət etməkdən çəkinməyin.
Today | Closed |